Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sayğaclara müdaxilə edilir... - ''Azərişıq'' açıqladı

Sayğaclara müdaxilə edilir... - ''Azərişıq'' açıqladı

Tarix: 27 Fevral 2020 19:24

Bir sıra abunəçilər qanunsuz olaraq elektrik ölçmə cihazlarına müdaxilə edirlər.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.

Onun sözlərinə görə, bu müdaxilələr əsasən maqnit və digər kənar vasitələrlə həyata keçirilir: "Belə hallar əsasən fərdi yaşayış evləri və müəssisələrdə qeydə alınır. Bunu edən abunəçilərə qarşı Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək. Son 1 ildə quraşdırılan sayğaclarda antimaqnit funksiyası var. Amma digər sayğaclarda bu funksiya yoxdur. Hazırda reydlər keçirilir və tezliklə bu reydlərin nəticələri açıqlanacaq".

Qurum rəsmisi deyib ki, son 5 ildə ölkədə 1,2 milyon yeni sayğac quraşdırılıb: "Bundan sonra 1 milyona yaxın istismar müddəti keçmiş sayğacın dəyişdirilməsi işləri həyata keçiriləcək".


Etiketlər:  Sayğaclara müdaxilə edilir Azərişıq açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ