Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 21:24
Avropa Liqasının 1/16 final mərhələsində bu gün keçirilməli olan "Zalsburq" - "Ayntraxt" cavab matçı təxirə salınıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Fırtına xəbərdarlığına görə oyun baş tutmayacaq. Görüşün nə vaxt keçirilməsi haqda xəbər verillməyib.
Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.
UEFA-nın rəsmi saytı "Zalsburq" - "Ayntraxt" oyununun sabah keçiriləcəyini açıqlayıb. Zalsburq stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.