Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 14:18
Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.
"Mitsubishi Pajero" markalı avtomobil "VAZ-21011" markalı maşınla toqquşub.
Qəza nəticəsində "VAZ-21011"in sürücüsü, 1989-cu il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə yerində ölüblər. 1955-ci il təvəllüdlü Mahir Tağıyev, 2010-cu il təvəllüdlü Məcid Nuriyev və 1961-ci il təvəllüdlü Səriyyə Nuriyeva xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
(APA)