Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 14:45
ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Natavan Həbibi olub.
Sonxeber.net xəbər verir ki, müğənni, onun haqqında yalan danışanları, böhtan atanları cavabsız qoymacağından danışıb:
"Mənə toxunanda başa salıram ki, toxunmaq olmaz. Hər zaman haqsız yerə hansısa hücumlara, şərhlərə məruz qalıram və cavabım da birmənalı qarşılanmır. Bizi milyonlarla insan izləyir və mənə təsir edir ki, onun mənim haqqımda formalaşdırdığı fikri başqa insanlar necə qəbul edir. Biri inanar, onun kimi davranar, başqasına deyir və yayılır. Bu haqsızlıqdır axı... Natavan dəlidir? Niyə durduğum yerdə kimləsə dalaşım? Mənim işim yoxdur? Mənim öz dünyam yoxdur? Ümumiyyətlə mən sizi nə edirəm? Siz mənə maraqlı deyilsiz. Nə sənətçi kimi, nə müğənni kimi, nə insan, nə qadın nə də kişi kimi... Dava salacam, sən mənə toxunursansa axıra kimi sözümü deyəcəm, üzr istədəcəm. Sən fikrini dəyişdirəcəksən, anlayacaqsan ki, olmaz, eləmə!".