Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Biləsuvar sakinini bıçaqla hədələyib pulunu aldılar

Bakıda Biləsuvar sakinini bıçaqla hədələyib pulunu aldılar

Tarix: 28 Fevral 2020 15:40

Quldurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri G.Həsənquliyev, Ə.İbrahimov və Bakı şəhər sakini E.Qədirzadə müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Biləsuvar rayon sakini A.Əliyev Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edərək fevralın 27-də Bakıxanov qəsəbəsi ərazisində 2 nəfərin ona bıçaqla hədə-qorxu gəlib 400 manatını aldıqlarını, daha sonra isə "Audi" markalı avtomobildə hadisə yerini tərk etdiklərini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri G.Həsənquliyev, Ə.İbrahimov və avtomobilin sürücüsü Bakı şəhər sakini E.Qədirzadə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.


Etiketlər:  Bakıda Biləsuvar sakinini bıçaqla hədələyib pulunu aldılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ