Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğandan Rusiya və İrana çağırış

Ərdoğandan Rusiya və İrana çağırış

Tarix: 2 Mart 2020 18:40

Qan tökülməsi ilə bağlı həssaslığımızı zəiflik kimi görənlərə əsl gücümüzü göstərməyə hələ yeni başlayırıq. İndiyə qədər Suriya ordusunun verdiyi itkilər başlanğıcdır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz bu qafillərə Türkiyənin baş əyməyən böyük bir dövlət olduğunu göstəririk. Əsgərlərimizin həyatına qəsd edənləri yerlə-yeksan etmək boynumuzun borcudur.

Yaşananlardan ibrət almayanların bizi hələ də təhdid etmələri ağıllarının başlarına gəlmədiyini göstərir. Sərhədlərin kənarına çıxmasalar, bir müddət sonra çiyinlərinin üzərində o başları qalmayacaq.

Rusiya və İrana bir daha səslənirəm. Suriyada bizim sizinlə dərdimiz yoxdur", - Ərdoğan bildirib.


Etiketlər:  Ərdoğandan Rusiya İrana çağırış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ