Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 18:58
Martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması qərarı tək şagirdlərə deyil, müəllimlərə, eləcə də pedaqoji kollektivə də aiddir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Real TV-yə açıqlamasında Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.
O qeyd edib ki, qərar bütün dövlət və özəl ümumtəhsil müəssisələrinə, ali və orta ixtisas təhsili, peşə müəssisələri və məktəbdənkənar fəaliyyətlə məşğul olan bütün təhsil ocaqlarına aiddir.
Nazirin müşaviri bildirib ki, bu müddət ərzində tibbi-profilaktik, denizfeksiyaedici və digər qabaqlayıcı tədbirlər daha intensiv aparılacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargah bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.