Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 12:52
Bakı. İlhamə İsabalayeva - Trend:
Yaxın vaxtlarda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Şəki filialı da fəaliyyətə başlayacaq.
Trend-in məlumatına görə, bunu MOM-un direktoru Elmar Qasımov "Oftalmologiyanın bu günü və gələcəyi" adlı konfransda deyib.
Onun sözlərinə görə, mərkəz fəaliyyətə başladığı 10 il ərzində stasionar pasiyentlərin sayı 90 224 nəfər olub: "Bu müddətdə 82 468
cərrahiyyə əməliyyatı aparılıb, mərkəzdə 1 milyon 710 nəfər
ambulator müayinə edilib. MOM-un Səyyar Klinikasında 22 692 nəfərə baxış keçirilib, onlardan 2 minə yaxını üzərində cərrahiyyə əməliyyatı aparılıb".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin