Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 07:52
ABŞ Müdafiə Nazirliyi silahlanmada süni intellektdən istifadə üzrə etik prinsipləri rəsmən qəbul edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, tövsiyələr 15 ay ərzində döyüş maşınlarının etikası hazırlandıqdan sonra 2019-cu ilin payızında müdafiə naziri Mark Esperə təqdim edilib. Süni intellektin yaxın gələcəkdə döyüş tapşırıqlarını müstəqil şəkildə formalaşdırması və yerinə yetirməsi ehtimalı həm ABŞ-da, həm də ondan kənarda hərbçilər arasında qızğın müzakirələrə və onların ünvanına sərt tənqidlərə səbəb olur.
İndi Pentaqon süni intellektin "məsuliyyətli", "mütənasib", "başa düşən", "etibarlı" və "idarəolunan" olması kimi beş əsas prinsipi rəhbər tutacaq.
Məsuliyyət prinsipi döyüş maşınlarının hazırlanmasında lazımi səviyyəli sağlam düşüncəni və ehtiyatlılığı nəzərdə tutur.
Mütənasiblik dedikdə, döyüş maşınlarının qəsdən edilmədən qərəzliliyinin minimallaşdırılması üçün lazımi addımların atılması başa düşülür.
Başa düşən süni intellekt hərbçilərin onlara lazım olan texnologiyalara və əməliyyat bacarıqlarına malik olmasını, prosedurların və sənədlərin şəffaflığının təmin edilməsini nəzərdə tutur.
Süni intellekt yaxşı təsvir edilmiş funksiyalarla təmin edildikdə, eləcə də işlənmə və istismar zamanı daim sınaqdan keçirildikdə etibarlı olacaq.
İdarəolunan dedikdə, operatorların bütün halda planlaşdırılmamış davranış nümayiş etdirən döyüş maşınlarını söndürmək imkanına malik olması prinsipi başa düşülür.
Süni intellektin tətbiqi prinsipləri hərbçilər və məmurlarla yanaşı, texniki ekspertlərin rəyini nəzərə alan Pentaqonun Ekspert Mərkəzi tərəfindən hazırlanıb.