Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın Şәrqi Azәrbaycan vilayәtindә koronavirusdan 4 nәfәr öldü

İranın Şәrqi Azәrbaycan vilayәtindә koronavirusdan 4 nәfәr öldü

Tarix: 3 Mart 2020 09:16

İranın şimal-qәrbindә yerlәşәn Şәrqi Azәrbaycan vilayәtindә yeni koronavirusa yoluxma nәticәsindә 4 nәfәr ölüb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Şәrqi Azәrbaycan vilayәtinin Tәbriz şәhәrindә Tәbriz Tibb Elmlәri Universitetinin rektoru Mәhәmmәd Hüseyn Sumi deyib.

M.Suminin sözlәrinә görә, ümumilikdә Şәrqi Azәrbaycan vilayәtindә 48 nәfәrin bu virusa yoluxduğu tәsdiqlәnib.

Sumi әlavә edib ki, analizlәrin nәticәlәrinin tәdricәn elan olunması ilә virusa yoluxanlarının sayının artması mümkündür.

Universitet rәhbәri bildirib ki, yeni 54 analizin 20-dә virusa yoluxma halı qeydә alınıb.

Sumi xәstәlәrin Tәbriz şәhәri xәstәxanalarında müalicә aldıqlarını deyib.

Qeyd edәk ki, İranın Sәhiyyә, Müalicә vә Tibbi Tәhsil Nazirliyi ötәn gün (2 mart) son rәsmi statistikasında İranda 1501 nәfәrin yeni koronavirusa yoluxduğunu, 66 nәfәrin öldüyünü vә 291 nәfәrin sağaldığını tәsdiqlәyib.


Etiketlər:  İranın Şәrqi Azәrbaycan vilayәtindә koronavirusdan nәfәr öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ