Tarix: 4 Mart 2020 15:00
“Tottenhem”in futbolçusu Harri Keyn komandadan ayrıla bilər.
Qol.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. “Tottenhem”in Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə ingilis hücumçunun komandadan gedəcəyi bildirilib.
Qeyd edək ki, London klubu 28 turdan sonra 40 xalla 7-ci pillədə qərarlaşıb. Komandanı Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdən 5 xal ayırır.