Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanda oxumaq istəyənlər üçün proqram elan edildi

Qazaxıstanda oxumaq istəyənlər üçün proqram elan edildi

Tarix: 4 Mart 2020 15:26

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

Sonxeber.net xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.

Təqaüd proqramına iddiaçılar cari ilin 5 aprel tarixinədək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər.

Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.


Etiketlər:  Qazaxıstanda oxumaq istəyənlər üçün proqram elan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ