Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 17:32
Koronavirus (Covid-19) və digər yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların daha çox müraciət etdiyi Əmlak Xidmətləri Məkanında dezinfeksiya işləri aparıb.
Sonxeber.net xəbər verir ki, komitədən Trend-ə bildirilib ki, bununla yanaşı, vətəndaşların ünvanlarında xidmət göstərən səyyar avtobuslar da dezinfeksiya olunub. Qeyd edək ki, "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində hər həftə müxtəlif ünvanlarda vətəndaşlara xidmət edən mobil ofislər də əraziyə çıxmamışdan öncə dezinfeksiya ediilir.