Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 18:40
53 yaşlı Meri Roberts və qızı 23 yaşlı Henrietta Mitayare təyyarədə pilota hücum edərək, onu döyüblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, buna səbəb heyət üzvlərinin uşaq arabasını təyyarəyə mindirməkdən imtina etmələri olub.
Hadisə "Swiss Air" aviaşirkətinin Sürix-London reysi ilə uçan təyyarəsində qeydə alınıb.
Bildirilir ki, Roberts stüardessalardan uşaq arabasını təyyarəyə aparmağa icazə istəyib. Heyət üzvləri arabanı təyyarənin yük yerinə göndərib.
Sərnişinlə stüardessalar arasında mübahisə başlayıb. Bu vaxt pilot kabinədən çıxaraq, onlardan sakitləşmələrini istəyib. Lakin ana və qız əsəbiləşərək ona hücum ediblər.
Mübahisə məhkəməyə müraciət edilməsi ilə nəticələnib.