Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymarın müqaviləsindəki xüsusi bənd - 180 milyon avro...

Neymarın müqaviləsindəki xüsusi bənd - 180 milyon avro...

Tarix: 4 Mart 2020 20:40

PSJ-nin futbolçusu Neymar bu yaydan klubla müqaviləsini birtərəfli pozmaq imkanına malik olacaq.

Qol.az sport.es-ə istinadən xəbər verir ki, bununla bağlı xüsusi bənd 28 yaşlı hücumçunun müqaviləsində yer alıb.

Ancaq Neymar 2020-ci ilin yayından etibarən klubu ilə müqaviləni ləğv etmək istəyəcəyi təqdirdə, PSJ-yə 180 milyon avro təzminat ödəməli olacaq.

Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona"dan Paris təmsilçisinə transfer olunub.

 


Etiketlər:  Neymarın müqaviləsindəki xüsusi bənd milyon avro


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ