Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 23:42
İranda yeni koronavirusun yayılması ilə dezinfeksiya məhsullarının istehsalı 7-8 dəfə artıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın Tibbi, Stomatoloji, Laboratoriya Avadanlıqları və Dərman Preparatları İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvü Mehdi Şahmoradi ISNA informasiya agentliyinə açıqlamasında deyib.
M.Şahmoradinin sözlərinə görə, dezinfeksiya məhsullarının 60-75%-i spirt əsasında istehsal olunur.
Assosiasiya rəsmisi bildirib ki, İranda gündəlik 200-300 min litr spirt istehsal edilə bilər.
Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 2 522 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin dünyasını dəyişdiyini və 552 nəfərin sağaldığını təsdiqləyib.