Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gəncləri korlayan Manaflar, Mətanətlər var''

''Gəncləri korlayan Manaflar, Mətanətlər var''

Tarix: 5 Mart 2020 13:30

"Manafın evində də olmuşam, balalarımın toyuna gəlib. Musiqiçilər öz sənətlərini və çörəklərini kiçildirlər. Çörəyi musiqi termini ediblər. Onun "Bizə sənət yox, çörək lazımdır" sözləri ürəyimə toxundu".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan prodüser Tarix Əliyevin (Tolik) "Tolik ilə səmimi" layihəsində deyib. Müğənni Manaf Ağayevin ifasını tənqid edib:

"Bir dəfə Manafı efirdə gördüm, muğam oxumağa çalışdı. Dəvət etdim evimizə, dedim, sizə Adnan Şenses tərzində estrada mahnısı verim. İstəyərdim bəstəkardan oxusun. Amma qayıdır ki, bu işin içində mənəm, camaat istəmir. Hər şeyi yıxırlar camaatın üstünə.

Manafın həyətindəki zibil qabı da gümüşdəndir. Sən səviyyə nədir bilmirsənsə, niyə bahalı hovuz tikdirib, zibil qabı alırsan?".

Seyidcahan Mətanət Əsədovanı da musiqini korlamaqda ittiham edib:

"Gəncləri korlayan Manaflar, Mətanətlər var. Mətanət muğam oxuyur, düşüb özbək, hind mahnılarının üstünə. Onların sənəti var, ona görə tənqid edirəm. Bizim pulumuzu kimlər yeyir? Əziyyətlə qazanırıq, övladımızı saxlayırıq, toy edirik. yad oğlu gəlir mənimsəyir. Manafa deyirəm ki, pulunu sənətə xərcləsin. Bir müddət toy olmasa Manaf batar.

Mətanətin sənəti var. Xasiyyətini sevmirəm. Amma sənəti var, buna görə onu bağrıma basıram".

Elza M.Əsədovanın "Mən ikinci Zeynəb Xanlarovayam" sözlərinə əsəbiləşib:

"Mətanət ikinci Zeynəb ola bilməz. Zeynəb Xanlarova şah əsərimizdir, indi də ondan öyrənirik. Ondan bir dənədir.

Gəncləri tərbiyyə edən Elzalardır. Mənə deyirlər şeirlərinlə gəncləri pozursan. İllər sonra biləcəksiz ki, mənim şeirlərim gəncləri pozur, yoxsa tərbiyələndirir. Siz gəncləri mənim şeirlərimi erotikləşdirərək pozursunuz".

Milli.Az


Etiketlər:  Gəncləri korlayan Manaflar Mətanətlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ