Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA yeni turnir təşkil edə bilər - Yay Çempionlar Liqası

UEFA yeni turnir təşkil edə bilər - Yay Çempionlar Liqası

Tarix: 5 Mart 2020 14:50

UEFA yeni turnir təşkil edə bilər.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, UEFA və ABŞ-ın "Relevent Sport" şirkəti 2021-ci ilin yayında klublar arasında yeni böyük turnir keçirməklə bağlı danışıqlar aparır.

Bildirilib ki, 2013-cü ildən keçirilən Beynəlxalq Çempionlar Kubokunun əsasında Yay Çempionlar Liqası təşkil edilə bilər. UEFA rəhbərliyi yeni turnirə rəsmi status və yarış xarakteri verməyi düşünür. Turnirdə təsnifat, qrup və "pley-off" mərhələlərinin keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, yarışın layihəsi artıq İngiltərə Premyer Liqasının bir sıra klubuna təqdim olunub. "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul" və "Tottenhem"in artıq bu turnirə razılıq verdiyi bildirilib. Sözügedən klublar yarışda iştiraka görə istədikləri məbləği də açıqlayıblar.

Xatırladaq  ki, "Relevent Sport" Beynəlxalq Çempionlar Kubokunun təşkilatçısıdır.

 


Etiketlər:  UEFA yeni turnir təşkil edə bilər Çempionlar Liqası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ