Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 21:22
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Suriyanın İdlib bölgəsində üç ayda bir milyona yaxın insanı didərgin salan müharibədə atəşkəs mövzusunu müzakirəsi məqsədi ilə Moskvaya səfər edib.
"Siyasi diplomatiya bu gün hərbi diplomatiyadan daha çox müəyyənedici olacaq" - deyə, rəsmi bildirib.
Regionda terrorizmlə mübarizənin fəal iştirakçıları olan Ankara və Moskva İdlibdə qarşıdurmalara yol verilməməsi məqsədi ilə bölgəyə qoşun yerləşdirib.
Lakin Rusiyanın hava zərbələri Suriya prezidenti Bəşar Əsəd qüvvələrinin şimal-qərbdə üsyançılara məxsus son böyük ərazini geri almağa təkan verib.
Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, BMT bunun milyonlarla insanı evlərindən didərgin salan və yüz minlərlə insanın ölümünə səbəb olan doqquzillik müharibədə ən ağır humanitar böhran olduğunu deyib.
Transatlantik NATO ittifaqında ikinci ən böyük orduya sahib olan Türkiyə son həftələrdə Suriya hökumətinin irəliləməsinə mane olmaq və cənub sərhədində qaçqın dalğasının qarşısını almaq üçün bölgəyə əlavə qoşun və texnika göndərib.
Fevral ayının əvvəlindən bəri döyüşlər zamanı 60-a yaxın türk əsgəri ölüb və Rusiya ilə Türkiyə arasında cəbhə xəttinin qarşı tərəflərində birbaşa toqquşma ehtimalını artırıb.