Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 09:54
“BankMyCell” xidməti ikinci bazarı təhlil edib və qiyməti daha gec ucuzlaşan cihazların adını açıqlayıb. “Apple”ın istehsalı olan aparatlar ən bahalı qurğular adlandırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, araşdırmaya əsasən, orta statistik “iPhone” qurğusu 2 il ərzində öz dəyərinin təxminən 45%-ni, qabaqcıl “Android” smartfonu isə təxminən 71%-ni itirəcək.
Mütəxəssislərin müşahidəsinə görə, ucuz smartfonların dəyəri daha sürətlə azalır. 2 il müddətində ucuz “Android” qurğusunun dəyəri təxminən 79% azalacaq. 2018-ci ilin oktyabrında 349 dollara satışa çıxarılmış və 2019-cu ilin dekabrında 43 dollara satılmış “Motorola One” aparatı ən zəif göstərici nümayiş etdirib.
Xidmət belə nəticəyə gəlib ki, 2019-cu ildə “Apple” smartfonlarının dəyəri təxminən 25%, “Nokia” və “Sony” aparatlarında isə müvafiq olaraq 27 və 31% azalıb. “Motorola” və “LG” şirkətlərinin istehsalı olan smartfonlarda isə bu göstərici müvafiq olaraq 59 və 56%-ə bərabərdir.
Emil Hüseynov