Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Onu mənim haqqımda bir kişi desə, onu həmin gecə..." - Manafdan Elzaya - FOTO

Tarix: 6 Mart 2020 13:28

Mənim sənətim haqqında Habil Əliyev, Ağaxan Abdullayev, Niyaməddin Musayev, Süleyman Abdullayev sözünü deyib. Mənim haqqımda bu sözü sənətkar desəydi, inciməzdim. Oxumaqdan xəbəri yoxdur. Ola bilər gözəl bəstəkar ol bilər, ola bilər gözəl pionist ola bilər, amma oxumaqdan xəbəri olmayan bir insan mənim haqqımda danışanda o bir az ləzzət eləmir. Bir də ki "Manaflar" ... Elza xanım, oxuyandır?! Mahnıları ola bilər, gözəl bəstəkardır, gözəl pionistdir. Amma Elza xanım yaxşı oxuyan olsa, camaat kimi toya gedər, camaat kimi yaxşı qonorar alar. Bu, mənim janrımdır, fəxr edirəm bununla. Cavanlar da hamısı istəyir ki, mənim kimi oxusun. Elə mahnılar var ki, özümü orada görmürəm də. Başqaları məndən daha da yaxşı oxuyur onu. Mənim öz janrım var, oxuyuram.

Milli.Az xəbər verir ki, bunu Manaf Ağayev bir neçə gün öncə "Tarix ilə səmimi" verilişində barəsində "Gənclərin zövqünü korlayan manaflar, mətanətlər var" sözünü işlədən əməkdar artist Elza Seyidcahana "Hər şey daxil"də cavab verərkən deyib.

Manafın Elzaya cavabı bununla da bitməyib:

"Elza xanım, mən sizə heç nə deməyəcəm. Çünki mən kişiyəm. Ömrüm boyu qadınları müdafiə eləmişəm. Yəni, narahat olma. Bu dəqiqə həyəcanlısan ki, efir mənim əlimdədir, istədiyimi deyə bilərəm. Amma mən kişiyəm. Kaş sizin dediyiniz o sözü hansısa bir kişi deyərdi mənim haqqımda. Onu həmin gecə həll eləmişdim, yoluna qoymuşdum. Mən yediyim çörəyə heç vaxt tüpürmürəm. Çünki mən sizdə olmuşam, siz bizdə olmusunuz, çörək yemişik. Mən Elzaya nə deyim? Durub bir söz deyəcəm, deyəcəklər ki, "Sən centlmen olardın", "Sən kişisən, eybi yox demişdi". Yoldaşım da yalvarıb, qızım da yalvarıb, Nüşabə Ələsgərli də yalvarıb ki, "Sən ananın goru, heç nə demə". Onlar bilir ki, məni bir həftədir cilovlamaq mümkün deyil. Nə qədər əsəbi olsam da, bu qadındır. Amma partdıyıram axı, sakitləşməliyəm. Nazpəri xanıma "Mənim tələbəm olub" deyən adamdan mən nə gözlüyüm. Hələ mən yaxşı qurtarmışam".

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Onu mənim haqqımda bir kişi desə onu həmin gecə Manafdan Elzaya FOTO


RƏYLƏR