Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Efirdə Mətanətlə Elza arasında DAVA - Təhqirə keçdilər: Ulaq sənsən, çaşma - FOTO

Efirdə Mətanətlə Elza arasında DAVA - Təhqirə keçdilər: Ulaq sənsən, çaşma - FOTO

Tarix: 6 Mart 2020 13:35

"Hər şey daxil"in bugünkü buraxlışına Mətanət Əsədova, Manaf Ağayev ikilisinin Elza Seyidcahanla qalmaqalı damğa vurub.

Milli.Az xəbər verir ki, hər şey günlər öncə əməkdar artist Elza Seyidcahanın "Tarix ilə səmimi" verilişində sözügedən sənətçilər barəsində "Gənclərin zövqünü korlayan manaflar, mətanətlər var" ifadəsindən sonra başlayıb.

Bu gün verilişdə qonaq olan Manaf və Mətanət efirdən əməkdar artistin sözügedən ifadəsini yersiz, düşünülməmiş və təhqir kimi qəbul etdiklərini bildiriblər.

Efirə telefonla bağlanan Elza Seyidcahan aqressiv cavabı ilə qalmaqalı daha da alovlandırıb:

"Mən gözləyirdim ki, bizim sənətkarlar bu mövzuda danışmazlar. Ay Mətanət xanım, Manaf müəllim, sizin elə gözəl sənətiniz var ki, o, sizin silahınızdır. Mətanət xanım atları qoydu, ulaq yerində dayandı. Özü öz cavabını verib. Özü at yerində ola-ola gəlib özünü ulaq yerində saxlamağını mən istəmirəm".

Əməkdar artistin "ulaq" ifadəsi Mətanəti özündən çıxardıb:

"Bir dəqiqə, ay qız. Tolik, xahiş edirəm onun səsini kəs. Danışmasın, otboy versin. Tolik, xahiş edirəm səsini bağla. Səsini eşitmək istəmirəm. O səsi kəsin "vabşe", ya da mən çxıb gedirəm. Saxla səsi! (Elzanın telefon bağlantısı kəsilir- red).

Ulaq sənsən, çaşma! Elza, sən məni heç kimlə səhv salma. Sən bir az ehtiyatlı ol! Ayıb olsun sənə. Bəstəkar adını almısan, o da sənə haram olsun. Ayıb olsun o "Əməkdar" adı sənə. Utanmırsan az, yekə qadınsan, ulaqdan danışırsan, atdan danışırsan. O kimdir e mənimlə elə danışır. Nə boyda ixtiyar vermisiniz bunlara siz?! Deyir özü özünün cavabını verdi. Hələ ki, səni ulaq yerinə qoyub səni çırpırlar".

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Efirdə Mətanətlə Elza arasında DAVA Təhqirə keçdilər Ulaq sənsən çaşma FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ