Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 19:00
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 5-də 53,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel azdır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 53,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 47,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 51,51 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel azdır.