Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 08:12
"Apple" korporasiyası köhnə "iPhone" cihazlarının sahiblərinə 500 milyon dollaradək ümumi kompensasiya ödəməyə razılaşıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, korporasiya "iOS" mobil əməliyyat sisteminin yeni versiyaları quraşdırıldıqdan sonra məhsuldarlığı aşağı düşmüş ABŞ-dakı hər bir cihaz üçün 25 dollar ödəməyə razılaşıb.
Məlumata görə, "Apple" sözügedən qərarı qəbul etsə də, öz günahını etiraf etməyib.
2017-ci ilin sonunda "Apple" şirkəti "iPhone" cihazlarının məhsuldarlığının aşağı düşməsini etiraf etmişdi. Şirkətin rəsmiləri bildirmişdilər ki, onlar bunu yalnız yüksək yüklənmə vaxtı cihazın öz-özünə sönməsinin qarşısını almaq üçün ediblər. "iOS 11.3" sistemi çıxarılandan sonra smartfonlarda məhsuldarlığın aşağı düşməsini aradan qaldırmaqla yanaşı, batareyanın vəziyyətini də yoxlamaq imkanı əlçatan olub.