Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Norwegian" aviaşirkəti Milana uçuşları dayandırır

Tarix: 7 Mart 2020 09:00

"Norwegian" aviaşirkəti İtaliyada koronavirus epidemiyası səbəbiylə Oslo və Milan arasında uçuşları müvəqqəti olaraq dayandırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Norvecin teleqraf bürosu xəbər yayıb.

Bildirilir ki, iki şəhər arasında uçuşlar üç həftəlik dayandırılacaq. Qərar ölkənin XİN və səhiyyə sistemi müəssisələrinin İtaliyaya səfər etmək barədə tövsiyələri əsasında qəbul edilib.

Aviareyslərin bərpasının tarixinə dair məlumat verilmir. Şirkət Roma və İtaliyanın digər bölgələrinə reysləri davam etdirəcək.

Milli.Az


Etiketlər:  Norwegian aviaşirkəti Milana uçuşları dayandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ