Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qəbələ” “Sumqayıt”a, “Neftçi” “Sabah”a qarşı

“Qəbələ” “Sumqayıt”a, “Neftçi” “Sabah”a qarşı

Tarix: 7 Mart 2020 09:24

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçı Qəbələdə keçiriləcək. Burada yerli "Qəbələ" "Sumqayıt"la üz-üzə gələcək. Sumqayıtlılar Avropa Liqasına vəsiqə uğrunda mübarizə apardığından, səfərdən xal və ya xallarla dönməyə çalışacaq. "Qəbələ" isə sonuncu pillədə qərarlaşdığına görə mütləq qələbə qazanmağı hədəfləyib.
 
Günün digər oyunu "Neftçi" ilə "Sabah" arasında baş tutacaq. "Ağ-qaralar" ikinci pillədəki mövqelərini qorumağa, "Sabah" səfərdən xal və ya xallarla dönməyə çalışacaq.
 
Tura sabah keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
XX tur
7 mart

 
"Qəbələ" - "Sumqayıt"
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu, 16:00.
 
"Neftçi" - "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Kamal Umudlu
Bakı. "Bakcell Arena", 18:00.


Etiketlər:  Qəbələ Sumqayıta Neftçi Sabaha qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ