Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 13:00
Azərbacan gimanstı Mənsum Səfərov kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin finalında sərbəst hərəfətlərdə 13.150 balla ikinci yeri tutub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, birinci yeri ukraynalı idmançı İvan Sevruk (13.750 bal), üçüncü yeri isə Gürcüstan təmsilçisi Daçi Dolidze (13.100 bal) tutublar.
Digər Azərbaycan gimanstı Anar Həsənov 11.950 bal toplayaraq 8-ci yerəd qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.
"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.