Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 14:44
Argentina Superliqasının 23-cü- son turunun oyunları keçirilib.
Qol.az xəbər verir ki, "Boka Xuniors" "Gimnasiya"nı qəbul edib. Ev sahibi komanda 72-ci dəqiqədə vurduğu qolla Maradonanın çalışdırdığı kollektivə minimal hesabla qalib gəlib.
Digər matçda isə son turadək sıralamaya liderlik edən "River Pleyt" səfərdə "Atletiko Tukuman"la bacarmayıb- 1:1.
Beləliklə, ümumi nəticədə 48 xal toplayan "Boka Xuniors" "River Pleyt"i 1 xal qabaqlayaraq 34-cü dəfə Argentina çempionu adını qazanıb.