Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ''AGF Junior Trophy'' beynəlxalq turnirinin final yarışları davam edir - FOTO

Bakıda ''AGF Junior Trophy'' beynəlxalq turnirinin final yarışları davam edir - FOTO

Tarix: 8 Mart 2020 14:46

Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin final yarışları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, tamaşaçılar yarışları böyük maraqla izləyir, gimnastları fəal dəstəkləyirlər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Milli.Az


Etiketlər:  Bakıda Junior Trophy beynəlxalq turnirinin final yarışları davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ