Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suriya ordusu Hələbin şimalında 4 terrorçunu zərərsizləşdirib

Suriya ordusu Hələbin şimalında 4 terrorçunu zərərsizləşdirib

Tarix: 25 May 2019 08:12

Bakı. Trend:

Suriya ordusu "Cəbhət əl-Nusra" terror qruplaşmasının Hələbin şimalında yerləşən Maarasta al-Xan rayonuna daxil olmaq cəhdlərinin qarşısını alıb.

Trend-in məlumatına görə, döyüş zamanı dörd terrorçu məhv edilib. Suriya ordusunda olan itkilər barədə məlumat verilmir.

Hələbin ətraf ərazilərində quldur birləşmələrinin silahlı hücumları Hama əyalətinin şimalında və İdlibin cənubunda gedən şiddətli qarşıdurmalar fonunda baş verir.

Suriya hökumət qüvvələri düşmənin cəbhə arxası xətləri və Xan Şeyxun, Əl-Xobeyt və Abdin arasında hərəkət edən silahlıların dəstələrini atəşə tutub.


Etiketlər:  Suriya ordusu Hələbin şimalında 4 terrorçunu zərərsizləşdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ