Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan gimnastı Mənsum Səfərov: Məşqçi çıxışımın nəticəsindən məmnundur

Azərbaycan gimnastı Mənsum Səfərov: Məşqçi çıxışımın nəticəsindən məmnundur

Tarix: 8 Mart 2020 18:16

Bakıda Milli Gimnastika Arenasında keçirilən kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirində sərbəst hərəkətlərdə və halqalarla hərəkətlərdə gümüş medallar qazanan Azərbaycan gimnastı Mənsum Səfərov yarışların nəticələrindən razı qalıb.

Sonxeber.net xəbər verir ki, bu barədə M.Səfərov Trend-ə açıqlamasında deyib.

Xatırladaq ki, gimnast həmçinin komanda hesabında "AGF Junior Trophy" bürünc medalçısıdır.

M.Səfərov deyi: "Yarışlar çətin keçdi, güclü rəqiblər var idi, xüsusilə Ukraynadan, Türkiyədən gələn gimnastları, həmçinin Çin Taypeyini təmsil edən idmançıları vurğulamaq istərdim. Şadam ki, gümüş medallar qazana bildim. Ən əsası məşqçi mənim çıxışımın nəticəsindən məmnundur. Etiraf edirəm ki, "qızıl" medal qazanmaq istəyirdim, amma alınmadı, növbəti dəfə mütləq istəyimə nail olmağa çalışacağam".

Gimnast əlavə edib ki, doğma arenada çıxış etmək çox məsuliyyətlidir və tamaşaçılar öz dəstəkləri ilə gimnastlara çox kömək edirlər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edib. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdiriblər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.


Etiketlər:  Azərbaycan gimnastı Mənsum Səfərov Məşqçi çıxışımın nəticəsindən məmnundur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ