Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oyundan razıyam, hesabdan yox'' - Aftandil Hacıyev

''Oyundan razıyam, hesabdan yox'' - Aftandil Hacıyev

Tarix: 8 Mart 2020 19:42

"Hər iki komanda oyuna ciddi hazırlaşmışdı. Matçı iki hissəyə bölərdim. İlk yarıda təşəbbüsə sahib olduq. Fasilədən sonra rəqib təşəbbüsü ələ keçirdi. Oyundan razıyam, hesabdan yox".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 20-ci turunda evdə "Zirə"yə 1:3 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransında deyib.

O, daha sonra görüş haqda bunları bildirib: "Elçin Rəhimli ilk hissədə yaxşı oynadı. Onu gec əvəzlədiyimi düşünmürəm. Rəqib praktiki olaraq bütün qol şanslarından istifadə etdi. Hər oyunu yüksək səviyyədə keçirmək mümkün deyil. Fasiləyədək epizodlarımızı gerçəkləşdirə bilsəydik, ikinci 45 dəqiqə fərqli bir istiqamətdə keçərdi".

Milli.Az


Etiketlər:  Oyundan razıyam hesabdan Aftandil Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ