Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple, Samsung, Huawei, Nokia, Xiaomi Google, Microsoft, HP, Lenovo, LG və Amazon uyğurları istismar edir

Apple, Samsung, Huawei, Nokia, Xiaomi Google, Microsoft, HP, Lenovo, LG və Amazon uyğurları istismar edir

Tarix: 8 Mart 2020 19:48

Avstraliya Strateji İdarəetmə İnstitutu tərəfindən aparılan araşdırma texnologiya nəhənglərinin əksəriyyətinin Çindəki uyğurlara edilən təzyiqlərdən qazanc əldə etdiyini ortaya çıxarıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple üçün detal istehsal edən Foxconn başda olmaqla, xeyli firma dolayı və ya bilavasitə uyğurlara edilən təzyiqdən faydalanır.
Məlum olub ki, Çin uyğur türklərini daxili miqrasiyaya məcbur edir. Getdikləri yerlərdə isə "yenidən tədris və ideolji tərbiyə" keçirlər.

Təxmin edilir ki, ən yaxşı halda 80 min uyğur Sintszyandan (Uyğur Muxtar Rayonu) müxtəlif bölgələrdəki fabriklərə işləməyə göndərilib. Bu şəxslərin çincə öyrənməsi məcburi olsa da, dini ritualları yerinə yetirmələri qadağandır.

Hesabatda qeyd edilir ki, bu işçilər Foxconn kimi firmalarda işləməyə məcbur edilir. Bu işçiləri həmin firmalarda işə düzəldən şəxslər də öz paylarını alır. İşçi uyğurların ailələrini görmələrinə, yaxud istefalarına icazə verilmir. Etiraz edənlər isə həbs cəzası ilə təhdid olunurlar.

Uyğurların məcburi əməyindən birbaşa olmasa da, faydalanan texnologiya şirkətləri arasında Apple, Acer, Amazon, Apple, ASUS, Bosch, Cisco, Dell, Google, Hisense, Hitachi, HP, HTC, Huawei, Japan Display, Lenovo, LG, Meizu, Microsoft, Nintendo, Nokia, Oculus, Oppo, Panasonic, Samsung, Sharp, Sony, TDK, Toshiba, Vivo, Xiaomi və ZTE də yer alır.

Qeyd edək ki, bir müddət əvvəl Apple-ın direktoru Timoti Kuk uyğur işçilərin çalışdığı O-Film fabrikini ziyarət etmişdi. Bu firma iPhone X və iPhone 8 üçün ön kamera istehsal edir. Şirkət həm Kukun ziyarəti zamanı, həm də sonra uyğurların məcburi əməyindən istifadəyə davam edib.

Əlavə məlumat üçün bildirək ki, hələlik bu araşdırma ilə bağlı cavabdeh firmalardan açıqlama verilməyib.

Milli.Az


Etiketlər:  Apple Samsung Huawei Nokia Xiaomi Google Microsoft Lenovo Amazon uyğurları istismar edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ