Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnstaqram videolarını saxlamağın 5 yolu

İnstaqram videolarını saxlamağın 5 yolu

Tarix: 8 Mart 2020 20:28

Bəzən sosial şəbəkələrdə müxtəlif videolarla rastlaşırıq, xoşumuza gələnləri isə telefonumuza yükləmək istəyirik.

Sonxeber.net ted.az-a istinadən onlayn xidmətlərin, brauzer genişlənməsi, müxtəlif proqram və tətbiqlərin köməyindən istifadə edərək İnstaqram sosial şəbəkəsindən video yükləməyin 5 yolunu göstərir.

Brauzer genişlənməsi

Bu, İnstaqramdan video yükləməyin ən asan yoludur. "İnstaqramdan fotoşəkillərin yüklənməsi + Direkt" adlı Chrome brauzeri üçün genişlənməni sınaqdan keçirin. Böyük istifadəçi bazasına və yaxşı rəylərə malikdir.

Genişlənmə fotoşəkli saxlayarkən olduğu kimi, eyni işləyir, ancaq kiçik bir nüans var. İşarəni xəbər lentində deyil, yazının (postun) özündə vurmaq lazımdır. Xəbər lentində vurduqda, görüntü olaraq yalnız videonun üz qabığını yadda saxlayacaq.

Onlayn xidmətlər

İnstaqramda onlayn videolar olduqda isə onları kompüterinizə və ya smartfonunuza yükləməyin əlverişli üsullardan biri xüsusi veb-saytlardır. Brauzer genişlənməsini və proqramları yükləmək, quraşdırmaq üçün onlara zaman ayırmalı, axtarmalı, baxmalısınız, lakin onlayn xidmətlər hər zaman "əl altındadır". Bundan əlavə, bəziləri universaldır və media məzmununu bir neçə məşhur mənbədən eyni anda yükləməyə imkan verir.

Bu dəfə köməyimizə instagrab.ru, instagrabber.ru və ru.savefrom.net. saytları gəlir. Mürəkkəb bir şey yoxdur: linki İnstaqramdan kopyalayın və saytdakı sahəyə yerləşdirin.

Ekran qeydləri

Əgər şəkli ekran görüntüsü aldıqda saxlamaq olursa, bu üsul video üçün də uyğundur. Bu, xüsusilə iOS 11 və daha üstün cihazların sahibləri üçün keçərlidir. Əməliyyat sisteminin bu versiyasından başlayaraq, cihaz ekranda baş verənləri əlavə proqram olmadan da yaza bilər. Android istifadəçiləri üçün bu üsulu tövsiyə edə bilmərik, çünki əlavə tətbiq quraşdırmalısınız. Android-ə Instaqram-dan video yükləməyə imkan verən tətbiq qurmaq daha yaxşıdır.

Videonu yükləməyə başlamaq üçün ekranı aşağıdan yuxarıya sürüşdürərək "İdarəetmə Mərkəzi"ni gətirmək lazimdır. Orada ekran qeyd düyməsi olmalıdır. Əgər yoxdursa, onda "Parametrlər", sonra "İdarəetmə Mərkəzi", daha sonra "İdarəetmə elementlərinin sazlanması" seçin. İstədiyiniz elementi əlavə edin.

Səs yazmağa başlamaq üçün əlavə menyu görünənə qədər barmağınızı işarədə (simgədə) saxlayın. Mikrofonu aktivləşdirin, çünki səs oradan yazılacaq.

4K Video Downloader proqramı

Pulsuz 4K Video Downloader proqramı videoları yalnız YouTube-dan deyil, həm də İnstaqramdan, eləcə də bir çox digər video hosting saytlarından yükləməyə imkan verir.

Video olan "post"un bağlantısını (ssilka) kopyalayın və proqramda "Bağlantı daxil et" düyməsini basın. Video seçimləri olan yeni pəncərə açılacaq. YouTube-dan fərqli olaraq, videonun keyfiyyətini və formatını seçə bilməzsiniz, ancaq səs parçasını yükləmək imkanı mövcuddu.

Mobil tətbiq

Əgər sizdə Android-dirsə Video Downloader for Instagram tətbiqindən istifadə edə bilərsiniz. Onunla işləmək çox sadədir: tətbiqdə və ya veb-saytdakı yazının linkini kopyalayın və Video Downloader-i açın. Hər şey avtomatik baş verməlidir. Video qalereyaya yüklənir, ordan isə rahat baxa bilərsiniz.


Etiketlər:  İnstaqram videolarını saxlamağın yolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ