Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

The Simpsons” serialında kriptovalyuta mövzusu - VİDEO

The Simpsons” serialında kriptovalyuta mövzusu - VİDEO

Tarix: 8 Mart 2020 22:12

FOX kanalında "The Simpsons" cizgi serialının 31-ci mövsümünün "Frinkcoin" adlı 13-cü bölümü göstərildi. Epizodun mövzusu kriptovalyutalara həsr olunub. Serialda Lise Simpson-a blockchain və kriptovalyutaların prinsiplərini izah edən təlim videosu daxil edilib. Kriptovalyutalar haqqında hekayəni "The Big Bang Theory"-un populyar ulduzu Jim Parsons tərəfindən izah edilir. O, kriptovalyutaları "gələcəyin pulu" adlandıraraq rəqəmsal pulların mahiyyətini ətraflı və sadə dildə açıqlayır.

Serialın yeni epizodu kripto-ictimaiyyəti sevindirdi. Bunun maraqlı tərəfi odur ki, "The Simpsons" gələcəyin proqnozunu verən cizgi serialı kimi bir nüfuza sahibdir. Hətta 10 il əvvəl "The Simpsons" Donald Trump-ı ABŞ prezidenti kimi təqdim etmiş, bundan əlavə olaraq, son zamanlar məşhur serialı olan "Game of Thrones"-ın finalını düzgün proqnozlaşdırmışdılar.

Milli.Az


Etiketlər:  The Simpsons serialında kriptovalyuta mövzusu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ