Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi "Qızıl buts"un qalibi oldu - 6-cı dəfə

Messi

Tarix: 25 May 2019 11:00

Avropada "Qızıl buts"un qalibi müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, "Barselona"nın hücumçusu Lionel Messidir. O, Avropada cari mövsümün ən yaxşı bombardiridir. Messi 2018/2019 mövsümündə 36 qol vurub. O, ən yaxın izləyicisi PSJ-nin hücumçusu Kilian Mbappeni 3 qol geridə qoyub. Fransalı hücumçu ölkə çempionatının son turunda dünən keçirilən "Reyms"lə matçda 1 qol vurub. Bununla da onun Messiyə çatmayacağı dəqiqləşib.

Beləliklə, Messi karyerası ərzində 6-cı dəfə bu mükafata layiq görüləcək. 31 yaşlı oyunçu bundan əvvəl 2009-10, 2011-12, 2012-13, 2016-17, 2017-18 mövsümlərində  "Qızıl buts"un sahibi olub.

 


Etiketlər:  Messi Qızıl butsun qalibi oldu 6 dəfə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ