Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 16:03
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 8-nə olan məlumatı açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məlumata əsasən, son 24 saat ərzində Bolqarıstan, Kosta-Rika, Farer adaları, Fransa Qvianası, Maldiv adaları, Malta, Martinika, Moldova Respublikasında koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının sayı:
Dünyada: 105 586 (3656 yeni)
Çində: 80 859 (46 yeni)
3100 ölüm halı (27 yeni)
Çinin xaricində:
24 727 yoluxma halı (3610 yeni)
484 ölüm halı (71 yeni)
101 ölkə/ərazi (8 yeni)
ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.