Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 22:42
Şotlandiya alimləri uşaq dişində kariyesin müalicə olunub, plomblanmasının vacibliyini bildirir.
Lakin süd dişlərinə plomb qoyulması təzadlı fikirlər yaradıb.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, alimlər 3-7 yaş arası 1140 uşaq üzərində araşdırma aparıblar.
Uşaqlar 3 qrupa bölünüb və kariyesli dişlərə müalicə bu qruplarda fərqli metodlarla aparılıb.
1 qrupa - heç bir plomb qoyulmayıb, amma uşağın qidasında şəkər azaldılıb, dişlərini ftorlu məcunla yuması təmin edilib. Kariyesli hissə isə hermetizasiya olunub, yəni fissurla möhürlənib ki, ora qida turşuları düşməsin.
II qrupda diş təmizlənib, plomb qoyulub
III qrupda zədəli diş az yonulub, üzərinə metal qapaq qoyulub ki, kariyes yayılmasın.
3-5 ildən sonra bütün qruplar üzrə uşaqlar yenidən araşdırılıb, müayinə olunub və məlum olub ki, tətbiq olunan bu 3 strategiyadan heç biri ciddi üstünlüyə malik deyil və uşağın dişlərində infeksiya, kariyes yaranması və yayılmasına mane olmayıb və ya dəstək olmayıb. Ona görə uşaqlarda süd dişlərdə aparılan bütün prosedurlar eyni effekt verir. Ona görə kariyesin yaranmasına imkan verməmək və profilaktika daha önəmlidir.