Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 10:00
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunub.
Yekun olaraq iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə isə Əli Hüseynlinin namizədliyi müəyyən edilib.
Qeyd edək ki, bu gün bitərəf deputatların parlament sədrinin müavini vəzifəsinə namizədi müəyyənləşib. Bu posta namizəd Adil Əliyev irəli sürülüb.
Xatırladaq ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.