Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu oyun da azarkeşsiz keçiriləcək - UEFA açıqladı

Bu oyun da azarkeşsiz keçiriləcək - UEFA açıqladı

Tarix: 10 Mart 2020 11:50

UEFA daha bir oyunun azarkeşsiz keçiriləcəyini açıqlayıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu, Avropa Liqasının 1/8 final mərhələsinin "Olimpiakos" - "Vulverhemptom" görüşüdür. Bu qərar Yunanıstan hökumətinin koronavisun yayılması səbəbi ilə ölkədə idman tədbirlərinə insanların qatılmasını məhdudlaşdıran sərəncamı əsasında qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ -"Borussiya" (Dortmund) və Avropa Liqasının 1/8 finalındakı "Sevilya" - "Roma" oyunlarında azarkeşlər olmayacağı bildirilib.

Xatırladaq ki, "Vulverhempton"un U-23 komandasında çıxış edən millimizin üzvü Renat Dadaşov əsas komandanın Avroliqa üçün sifariş ərizəsində yer alıb.


Etiketlər:  oyun azarkeşsiz keçiriləcək UEFA açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ