Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 12:54
Bu gün VI çağırış Milli Məclisin ilk iclası keçirilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, iclasda Milli Məclin sədri, sədr müavinləri seçilib, komitə sədrləri və müavinlərinə seçkilər keçirilib. Səsvermə nəticəsində Əli Hüseynli Milli Məclis sədrinin birinci müavini seçilib.
Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirib. 1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri doktorudur.
İndiyə qədər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri olub. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olub. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.