Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Robotlar koronaviruslu xəstələrin qayğısına belə qalır

Robotlar koronaviruslu xəstələrin qayğısına belə qalır

Tarix: 10 Mart 2020 22:52

Çində meydana gələn və dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirus epidemiyası yayılmağa davam etdikcə Çindəki xəstəxanalar da müxtəlif tədbirlər görür.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, xəstəxanalar virusun yayılmasını dayandırmaq üçün üç fərqli robotdan istifadə etməyə başlayıb. Sözügedən robotlar insanların təmasını azaltmağa və bununla da virusun ötürülməsinin qarşısını almağa çalışırlar.

10-dan çox şəhərdə istifadə olunan robotlar üç qrupa bölünür. Bu robotlardan birincisi qida robotlarıdır. Onlar xəstələrə müxtəlif qida və yeməklər paylamağa cavabdehdir. Bu şəkildə insan təmasını minimuma endirən robotlar xəstəxana işçilərinin iş yükünü də asanlaşdırır.

Təmizləyici robotlar xəstəxanaların ümumi təmizlənməsi üçün istifadə olunur. Bir çox yeri təmizləyən və dezinfeksiya edən robotlar mikrobların yayılmasının da qarşısını alır.

Yönləndirici robotlar isə xəstələri xəstəxanaların müxtəlif yerlərinə istiqamətləndirmək üçün də istifadə olunur. İnteryerin xəritələşdirilməsi xüsusiyyətinə malik olan bu robotlar təcili yeri izləyərək xəstələri istiqamətləndirə bilər.

Robot şirkətləri yaxın həftələrdə bu robotlardan evdə xəstələrə kömək etmək üçün istifadə etməyi planlaşdırır.


Etiketlər:  Robotlar koronaviruslu xəstələrin qayğısına belə qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ