Tarix: 11 Mart 2020 12:56
“Arsenal”ın bir neçə futbolçusu 14 günlük ev karantininə alınıb.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bir neçə futbolçu 13 gün əvvəl Avropa Liqasında qarşılaşdıqları “Olimpiakos” klubunun koronavirusa yoluxmuş sahibi Evenqelos Marinakislə ünsiyyətdə olublar. Londondakı görüşdən sonra Marinakis “Arsenal”ın bəzi futbolçuları ilə söhbət edib. Məhz bu səbəbdən "Arsenal" bu addımı atıb.
Klub həmçinin, oyun zamanı Marinakisin yanında oturan 4 əməkdaşını da karantinə göndərib.
Xatırladaq ki, sözügedən səbəbə görə bu gün keçirilməli olan “Mançester Siti” – “Arsenal” oyunu da təxirə salınıb.