Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 14:02
Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı nazirinin müavini Yuri Nozadzenin koronavirusa yoluxduğu məlum olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı nazirliyinin Feysbuk hesabında açıqlama verilib. Onun koronavirusa yoluxduğu ikinci testdən sonra məlum olub.
Hazırda Yuri Nozadzenin karantinə alındığı və həkim nəzarətində olduğu bildirilir.
Xatırladaq ki, daha əvvəl Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Gennadi Arveladze və Parlamentin Kənd Təsərrüfatı Məsələləri Komitəsinin sədri Otar Danelia koronavirus səbəbi ilə özlərini təcrid etdiklərini elan etmişdilər.