Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı məşqçi: Bakıda aerobika gimnastikası üzrə Avropa Çempionatında təşkilatçılıq yüksək səviyyədədir

Ukraynalı məşqçi: Bakıda aerobika gimnastikası üzrə Avropa Çempionatında təşkilatçılıq yüksək səviyyədədir

Tarix: 25 May 2019 16:56

Bakı. Cani Babayeva - Trend:

Bakıda aerobika gimnastikası üzrə Avropa Çempionatında təşkilatçılıq yüksək səviyyədədir.

Bunu Trend-ə çempionatda iştirak edən Ukrayna yığmasının məşqçısı Tatyana Paseçnaya bildirib.

Məşqçi deyib: "Biz Bakıda əvvəllər də olmuşuq. Birnici Avropa Oyunları və digər beynəlxalq yarışlarda iştirak etmişik. Biz Milli Gimnastika Arenasının zalını xoşlayırıq, gənc gimnastlarımız böyük məmnuniyyətlə yarışa qatılıb. Bizdə belə arena yoxdur".

Ukraynalı məşqçinin sözlərinə görə, o, komandasının çıxışından o qədər də razı qalmayıb.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ukraynalı məşqçi Bakıda aerobika gimnastikası üzrə Avropa Çempionatında təşkilatçılıq yüksək səviyyədədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ