Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə turist mövsümünün başlanması koronavirusa görə təxirə salına bilər

Türkiyədə turist mövsümünün başlanması koronavirusa görə təxirə salına bilər

Tarix: 12 Mart 2020 02:16

Bakı. Trend:

Türkiyə hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün otellərə turizm mövsümünə martda deyil, aprelin sonlarında başlamağı təklif edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Mədəniyyət və Turizm Naziri Mehmet Ersoy deyib.

Daha əvvəl Türkiyənin səhiyyə naziri Fahrettin Koca, bu ölkədə koronavirusa yoluxmanın ilk halın olduğunu bildirib.

"Biz hesab edirik ki, keçən illə müqayisədə ölkəmizə gələn turist axınını azaltmaq yaranmış şəraitdə düzgün qərardır. Otellərdə mövsüm mart ayında deyil, aprel ayının sonunda açılmalıdır. Bir həftə ərzində bu sahədə məhdudiyyətlər ilə bağlı qaçılmaz itkilərlə əlaqədar turbiznesə dəstək tədbirləri elan edəcəyik", - M.Ersoy bildirib.

O əlavə edib ki, nazirlik mədəniyyət və turizm sahəsində tədbirləri may ayına keçirir.


Etiketlər:  Türkiyədə turist mövsümünün başlanması koronavirusa görə təxirə salına bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ