Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 02:36
Bakı. Trend:
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın "Borussiya" (Dortmund) komandası 2:0 hesabı ilə Fransanın "PSJ" klubuna məğlub olub.
Trend-in məlumatına görə, ilk oyunda 2:1 hesabı ilə "Borussiya" qalib gəlib.
Qolları Neymar (28-ci dəqiqə) və Xuan Bernat (45) vurublar.
Görüş koronavirusun yayılması ilə əlaqədar boş tribunalarla keçirilib.
Xatırladaq ki, daha əvvəl Almaniyanın "Leyptsiq"i və İtaliyanın "Atalanta"sı 1/4 finala yüksəliblər. Növbəti mərhələnin ilk oyunları aprelin 7 və 8-də, cavab görüşləri aprelin 14 və 15-də keçiriləcək.