Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 08:34
Dünya bazarlarında "Brent" və "WTI" markalı neftin qiymətləri dəyişdi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, "Brent" markalı neftin may fyuçersləri 5,10 faiz azalaraq 34,21 dollar/barelə bərabər olub.
WTI (West Texas Intermediate) markalı neftin aprel fyuçersləri isə 5,31 faiz ucuzlaşıb və 31,23 dollar/barel təşkil edib.
Martın 11-də dünyanın ən böyük Səudiyyənin "Saudi Aramco" neft şirkəti Krallığın Enerji Nazirliyindən aldığı təlimata əsasən istehsal gücünü 12-dan 13 milyon barelə qədər artıracağını bildirdi.
Abu Dabinin Milli Neft Şirkəti (ADNOC) həmçinin bildirib ki, aprel ayında dünya bazarına gündə 4 milyon barreldən çox neft nəql etməyi artırmağı planlaşdırır.