Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tamaşaçı: Azərbaycan yığmasına uğurlar və qələbələr arzu edirəm

Tamaşaçı: Azərbaycan yığmasına uğurlar və qələbələr arzu edirəm

Tarix: 25 May 2019 20:40

Bakı. Cani Babayeva - Trend:

Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatı yüksək səviyyədə təşkil edilib.

Bunu Trend-ə Avropa Çempionatının tamaşaçısı Könül Hacıyeva deyib.

Tamaşaçı bildirib: "Milli Gimnastika Arenasında keçirilən yarışlara tez-tez gəlirəm və uşaqlarımı da gətirirəm. Onlarda gimnastika ilə məşğul olur və mənuniyyətlət tanınmış gimnastların çıxışlarını izləyirlər. Avropa Çempionatı yüksək səviyyədə təşkil edilib. Açılış mərəsimi də möhtəşəm keçdi, çox maraqlı idi".

K.Hacıyeva Azərbaycan yığmasına yarışlarda uğurlar arzu edib: "Mən Azərbaycan yığmasının üzvlərinə uğurlar, qələbələr və layiqli yerlər tutmalarını arzu edirəm".

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tamaşaçı Azərbaycan yığmasına uğurlar qələbələr arzu edirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ