Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 11:55
Bakı. İlhamə İsabalayeva - Trend:
Martın 19-29-da İçərişəhərdə keçiriləcək "Yazz!" Festivalı ləğv edilib.
Bu barədə Trend “İçərişəhər” DTMQ Mətbuat Xidmətinə istinadən məlumat verir.
Məlumatda qeyd edilir ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.